Əsas Səhifə > Ölkə > “ONA DEDİM Kİ, PREZİDENTDƏN YAZMA, ANCAQ...”
“ONA DEDİM Kİ, PREZİDENTDƏN YAZMA, ANCAQ...”8-11-2011, 16:22 |
“MƏN ƏVƏZ ZEYNALLININ ƏLEYHİNƏ İFADƏ VERMƏMİŞƏM” “Biz Əvəz Zeynallı ilə həm qohumuq, həm də uşaqlıqdan dostuq. Mənim Əvəz Zeynallı əleyhinə ifadə verməyim barədə mətbuatda yazılanlar həqiqətə uyğun deyil”. Bu sözləri “Yeni Müsavat” qəzetinə açıqlamasında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının qohumu, “Xəmsə” restoranının sahibi Mürvət Həsənli deyib. O bildirib ki, onu Ə.Zeynallının üzünə durmağa məcbur etmələri barədə deyilənlər də yalandır: “Ümumiyyətlə, məni nə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparıblar, nə də qeyri bir idarəyə. İndiyədək Əvəz Zeynallı ilə bağlı mənə heç telefon zəngi də açılmayıb. Əvəz həbs edilən gün isə biz görüşmüşük, hətta mən ona dedim ki, prezidentdfən yazma. Ancaq öz bildiyini etdi. O, mənim maşınımla da heç bir yerə getməyib. Əvəz Vüqarın maşınında gedib”. M.Hüseynli bildirdi ki, onun haqqında yayılan dezinformasiyalar Əvəz Zeynallı ilə onun arasında olan münasibətlərə kölgə salmaqdan başqa bir şey deyil. Bildirək ki, bir neçə gün əvvəl mətbuatda yazılıb ki, Əvəz Zeynallıya qarşı onun qohumlarından da ifadə almaq istəyirlər. Xəbərdə bildirilirdi ki, baş redaktorun qohumu, “Xəmsə” restoranının sahibi Mürvət Həsənov və həmkədlisi Vüqar Məmmədov noyabrın 5-də Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparılıb. Onlardan Ə.Zeynallının əleyhinə ifadə alındığı söylənilir. M.Həsənov yaxın qohumlarına bildirib ki, onu Ə.Zeynallının üzünə durmağa məcbur edirlər. Qeyd edək ki, məsələ ilə bağlı M.Hüseynli “Yeni Müsavat” qəzetinə ətraflı danışıb. Xatırladaq ki, Ə.Zeynallı oktyabrın 28-də həbs edilib. Baş Prokurorluğun məlumatına görə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barədə CM-in 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi iddia olunur. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları cinayət işi ilə əlaqədar Ə.Zeynallının evində, maşınında, “Xural”ın ofisində axtarışlar apararaq bəzi əşyaları götürüblər. Nəsimi Rayon Məhkəməsi Ə.Zeynallı barədə 3 aylıq həbs-qətimkan tədbiri seçib. Geri qayıt |