Əsas Səhifə > Şou-biznes > “OKSANA-XOSE” DASTANININ ACI SONLUĞU
“OKSANA-XOSE” DASTANININ ACI SONLUĞU24-10-2012, 12:10 |
ŞOU-BİZNESDƏ DAHA BİR AİLƏ DAĞILIR Bir müddət əvvəl rəqqasə Oksana Rəsulova ile reper Elşad Xose ailə həyatı qurmuşdular. Hər kəs - dost, tanış bu yeni cütlüyün xoşbəxt olacağını sandığı halda ümidlər gözlənilmədən tez bir zamanda puça çıxdı. Məlum oldu ki, 27 Mart tarixində rəsmiləşdirilmiş nikahın ləğv edilməsi üçün artıq lazımi orqanlara müraciət olunub. Doğrudur, nədənsə tərəflər bu xəbəri ya təkzib edir, ya da hər vasitə ilə mediadan gizlətməyə çalışırdı. Onların özlərini şübhəli aparması insanları cütlüyün qeyri-rəsmi nikaha daxil olmalarına inandırırdı. Məsələni uzatmaqda heç bir məna görməyən Oksana nəhayət ki, hər şeyi olduğu kimi etiraf etməli oldu. O, keçmiş həyat yoldaşı Elşaddan fərqli olaraq, boşanmaq üçün məhkəməyə müraciət etdiklərini açıqladı və hətta şübhəli qalan məsələyə aydınlıq gətirmək üçün nikahı təsdiqləyən sənədi də mediaya təqdim etdi. Bir sözlə, böyüklərin xeyir-duasını almayan Elşad və Oksana cütlüyü həqiqətən də rəsmi qaydada ailə qurublar və artıq boşanmaq üçün məhkəməlikdirlər. Onu da xatıqladım ki, bu, reperin birinci, rəqqasə Oksana Rəsulovanın isə üçüncü uğursuz evliliyidir... Geri qayıt |