Əsas Səhifə > Ölkə, Manşet > 5 MİLLƏT VƏKİLİNİN QƏLƏMİNİ İNDİDƏN QIRIBLAR
5 MİLLƏT VƏKİLİNİN QƏLƏMİNİ İNDİDƏN QIRIBLAR24-10-2012, 14:18 |
ONLAR KİMİN QƏZƏBİNƏ TUŞ GƏLİB? DİA.AZ: - Hələ növbəti parlament seçkilərinə 3 il vaxtın qalmasına baxmayaraq, indidən bəzi millət vəkillərinin aqibətinə aydınlıq gətirilməkdədir. Bu barədə DİA.AZ-a daxil olan məlumatlar da təsdiqləyir ki, əslində kiminsə bu gün Milli Məclisin tərkibində təmsil olunması onun heç də nəzarətdən kənarda qalması anlamına gəlmir. Mənbənin söylədikləri: «Ola bilsin ki, bir neçə dəfə mandat alanlarda arxayınlıq yaransın və yaxud da hansısa millət vəkili ən azından 5 il toxunulmaz olduğunu düşünsün. Amma məsələ heç də belə deyil». Mənbəmizin bildirdiyinə görə, konkret olaraq 5 millət vəkili ilə bağlı hüquq-mühafizə orqanlarına xüsusi təlimat verilib: «Həmin təlimata uyğun olaraq həmin deputatların fəaliyyətinin araşdırılması, onlarla bağlı neqativ informasiyaların toplanıb, Prezident Administrasiyasına təqdim olunması tələbi irəli sürülüb». Bildirək ki, redaksiyamıha onların kimlikləri barədə məlumat verilib: Əşrəfov Arif Əşrəf oğlu - 55 saylı Xaçmaz şəhər seçki dairəsi Quliyev Ülvi Zahid oğlu - 17 saylı Yasamal üçüncü seçki dairəsi Qasımov Əsabil Qarakişi oğlu - 79 saylı İmişli seçki dairəsi Aslanov Mahir Məhəmmədəli oğlu - 96 saylı Goranboy - Naftalan seçki dairəsi Cavadov Ərəstun Nurəddin oğlu - 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi Maraqlıdır ki, adları çəkilən şəxslərin nədən təftiş edilməsi, nədən fəaliyyətlərinin araşdırılması haqda o qədər də dolğun bilgilər verilməsə də, yalnız söylənəni odur ki, həmin deputatların adları indidən «qara siyahı»ya salınıb və onların növbəti dəfə mandat alması nəinki imkansızdır, hətta bəzilərinin 2015-ci ilin seçkilərinə qədər parlamentdən çıxdaş edilməsi belə gözlənilir. Geri qayıt |