Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.site/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.site/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Sosial, Manşet > ŞEYX HÖKMRANLIĞINI İTİRİR
ŞEYX HÖKMRANLIĞINI İTİRİR9-11-2011, 14:06 |
![]() CƏNUB BÖLGƏSİNDƏ TƏHLÜKƏLİ VƏZİYYƏT DİA.AZ: - Məlum olduğu kimi, bütün Azərbaycan ərazisində müqəddəs Qurban Bayramı münasibətilə qurbanların kəsilməsi üçün 6-7 noyabr tarixləri müvafiq bilindi. Bu barədə fətva verən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin buyruqlarının isə bütün ölkə məkanında keçərli olmadığı aydın olub. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) Sabirabad rayonundakı qaynaqlardan ötürülən informasiyada bildirilir ki, rayonun axundu Hacı Məhəmməd 6 noyabr tarixində qurban kəsilməsinə icazə verməyib. Bunu isə Qurban Bayramının İranda 7 noyabr tarixində qeyd edilməsi ilə əlaqələndirib. Onu da bildirək ki, cənub bölgəsində də QMİ-nin yox, İran ayətullahlarının fətvasının keçərli olduğu bildirilir. Yəni həmin bölgəmizdə də əhali qurbanlarını 7 noyabr tarixində kəsib. Bu halın milli dövlətçiliyimiz baxımından təhlükəli olduğunu bildirən mənbəmiz vurğulayır ki, artıq cənub bölgəmizi və bir sıra Aran rayonlarımızı dini baxımdan tam olaraq itirmiş hesab olunuruq: «Bu gün həmin bölgələrdəki dindar əhalimiz üzlərini İrana sarı çeviriblər. Yəni bu həm də o deməkdir ki, onlar İran mollalarının təsiri altındadırlar, istənilən əmri də icra edə biləcək səviyyədədirlər». Geri qayıt |