Əsas Səhifə > Cəmiyyət > UTANCVERİCİ FAKT: BUDURMU QARDAŞ SƏXAVƏTİ?

UTANCVERİCİ FAKT: BUDURMU QARDAŞ SƏXAVƏTİ?


9-11-2011, 14:15
UTANCVERİCİ FAKT: BUDURMU QARDAŞ SƏXAVƏTİ?

BİZDƏN VANA CƏMİ 7650 DOLLAR

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Türkiyənin Van bölgəsində zəlzələdən zərər çəkmiş insanlara yardım məqsədilə keçirilən kampaniya çərçivəsində bu günədək 5989 manat (7650,3 ABŞ dolları) vəsait toplanıb.

Bu barədə APA-ya AzQAC-dan məlumat verilib.

Toplanmış vəsaitin 2 min manatı oktyabrın 25-də, 3145 manatı isə oktyabrın 31-də Türk Qızıl Ayının bank hesabına köçürülüb. Hazırda kampaniya davam edir.

AzQAC-ın saytında yardım kampaniyasına qoşulmuş şəxslərin adları da açıqlanıb. Yardım kampaniyasına qoşulanlar arasında ayrı-ayrı təşkilatlarla yanaşı, sadə vətəndaşlar, deputatlar və müğənnilər də var.


Geri qayıt