Əsas Səhifə > Cəmiyyət > İQBAL AĞAZADƏ SÜRƏT HÜSEYNOVU MÜDAFİƏ ETDİ

İQBAL AĞAZADƏ SÜRƏT HÜSEYNOVU MÜDAFİƏ ETDİ


29-10-2012, 12:07
İQBAL AĞAZADƏ SÜRƏT HÜSEYNOVU MÜDAFİƏ ETDİ
“O, QARABAĞDA ŞÜCAƏT GÖSTƏRİB”

Millət vəkili İqbal Ağazadə keçmiş baş nazir Sürət Hüseynovun Milli Qəhrəmanlıq statusunun ona geri qaytarılması ilə bağlı spiker Oqtay Əsədova ünvanladığı müraciətə münasibət bildirib. Deputat Modern.az-a açıqlamasında vaxtılə Sürət Hüseynova verilən Milli Qəhrəmanlıq statusunun geri alınmasını tənqid edib. Onun sözlərinə görə, Sürət Hüseynovun cinayət əməlinə görə ona verilən status geri alınmamalı idi.

“Bir cəbhədə Milli Qəhrəman ola bilərsən, amma digər bir sahədə cinayət törətmisən belə bu sənin şücaətini inkar etməyə əsas vermir. O, əgər Qarabağ cəbhəsində qəhrəmanlıq göstərdiyi üçün ona bu status verilib. Sonradan o, dövlət işinə keçərək rüşvətxor olsa belə bunun Milli Qəhrəmanlığa heç bir aidiyyatı yoxdur.

Sürət Hüseynov Milli Qəhrəmandırsa onun 1994-cü il hadisələrinə heç bir əlaqəsi yoxdur. Qarabağ bölgəsində qəhrəmanlıq göstəribsə, Milli Qəhrəman statusunu qazanıbsa onun digər cinayətlərinin buna heç bir aidiyyatı yoxdur. O cinayət törədibsə belə gedib cəzasını çəkməlidir, bu onun göstərdiyi qəhrəmanlıqla əlaqəsi olmayan məsələdir. Sürət Hüseynovun Milli Qəhrəmanlıq statusu götürülməməli idi. Ona bu adı dövlət idarəçiliyində yaxşı və yaxud da pis olduğununa götə verməyiblər”, - deyə İ.Ağazadə bildirib.

Qeyd edək ki, eks-baş nazir Sürət Hüseynov vaxtilə layiq görüldüyü, sonradan məhrum edildiyi Milli Qəhrəman fəxri adının bərpa olunmasını üçün Milli Məclis sədri Oqtay Əsədova məktubla müraciət edib.

Prezident Əbülfəz Elçibəy Sürət Hüseynova Milli Qəhrəman adını 1992-ci ildə təltif edib. S.Hüseynov 1993-cü il 4 iyun qiyamının əsas rəhbəri olub. Onun rəhbərliyi altında Azərbaycanda baş qaldırmış hərbi qiyam AXC hakimiyyətinin yıxılması ilə nəticələnib.

Geri qayıt