Əsas Səhifə > Dünya > ERMƏNİ-FARS QARDAŞLIĞI ÇİÇƏKLƏNİR

ERMƏNİ-FARS QARDAŞLIĞI ÇİÇƏKLƏNİR


31-10-2012, 12:55
ERMƏNİ-FARS QARDAŞLIĞI ÇİÇƏKLƏNİR
FARS-MOLLA REJİMİNİN ƏSL XİSLƏTİ

“Ermənistanla iqtisadi əməkdaşlığın inkişafı bizim dostluq əlaqələrimizi daha da möhkəmləndirəcək və dərinləşdirəcək”.

SalamNews IRNA-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Mahmud Əhmədinejat Ermənistan Prezidenti Serj Sarkisyanla telefon danışığı zamanı bildirib.

İran prezident sonuncu keçirilən birgə iqtisadi komissiyanın iclasını müsbət və məhsuldar hesab edib. Onun sözlərinə görə, müvafiq iclas əvvəldən rəsmi Tehran və İrəvan arasında mövcud olan dostluq münasibətlərini bir daha təsdiqlədi və iki dövlət arasındakı əməkdaşlığın səviyyəsinin artmasında mühüm addım oldu.

“İran hesab edir ki, iki dövlət arasında nəinki iqtisadi əməkdaşlıq, o cümlədən bütün sahələrdə əməkdaşlığın tam həyata keçirilməsi iki xalqın dostluq əlaqələrin inkişafına zəruri addımdır” - Mahmud Əhmədinejat bəyan edib.

S.Sarkisyan birgə iqtisadi komissiyanın iclasını məhsuldar sayaraq deyib ki, bu, iki dövlət arasında çoxsahəli əməkdaşlığa əlavə stimul verir. İranla əlaqələrin inkişafı və Ermənistanda müxtəlif layihələrin həyata keçirilməsində İran şirkətlərinin iştirakı rəsmi Tehran və İrəvan arasında əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfədir.

Geri qayıt