Əsas Səhifə > Ölkə, Manşet > HACI MƏMMƏDOV MTN-NİN ƏLİNDƏN ÇIXA BİLƏR

HACI MƏMMƏDOV MTN-NİN ƏLİNDƏN ÇIXA BİLƏR


31-10-2012, 14:13
HACI MƏMMƏDOV MTN-NİN ƏLİNDƏN ÇIXA BİLƏR
BU YÖNDƏ CİDDİ ÇABALAR MÜŞAHİDƏ OLUNUR

DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, məşhur quldurbaşı Hacı Məmmədovun Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında qalmaq istəməməsi barədə xəbərlər yayılıb. Və məlumatda hətta qeyd olunurdu ki, Hacı Məmmədov bu məqsədlə Milli Məclisin rəhbərliyiniə müraciət etməyə, MM-dən yardım istəməyə hazırlaşır.

Onu da bildirək ki, Hacı Məmmədov hər zaman bir çoxları üçün qorxu mənbəyi rolunu oynayıb və onun MTN-də saxlanmasının nədəni də məhz bu adamın bildiklərini danışma ehtimalının qarşısının alınması ilə əlaqədardır.

DİA.AZ-a bununla bağlı daxil olan son məlumatda deyilir ki, artıq Hacı Məmmədovun MTN-nin istintaq təcridxanasından köçürülməsi ilə bağlı məsələ ölkə rəhbərliyinin də gündəmindədir. Mənbəmiz idda edir ki, bu işdə maraqlı olan bəzi hakimiyyətiçi qüvvələr quldrubaşının MTN-dən çıxarılmasına təşəbbüs göstərməklə yanaşı, bu məsələyə aktuallıq da qazandıra biliblər.

Bildirilir ki, əslində Hacı Məmmədov məsələsini qabardan, onun MTN-dən çıxarılmasına nail olmaq istəyən tərəflər son günlərin əsas ajiotajlı olaylarını da unutdurmağa və əlavə divident əldə etməyə çalışırlar.

Qeyri-rəsmi məlumatlara görə, Hacı Məmmədov əslində MTN-də girov kimi tutulur və əgər o, başqa bir təcridxanaya və yaxud da cəzaçəkmə müəssisəsinə köçürülərsə, bir çox məmurları ifşa edən faktları açıqlaya bilər. Buna görə də onu MTN-də saxlayırlar.

Amma buna baxmayaraq, son günlər artıq bir sıra qüvvələrin Hacı Məmmədovu MTN-dən çıxarma yönündə fəaliyyətə keçdiyi məlum olur: “Yəni kimlərsə Hacı Məmmədovun danışmasında maraqlıdır”.

Xatırladaq ki, Hacı Məmmədov adam oğurluqları və qətllərdə təqsirləndirilib. O, 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi «Qara kəmər» əməliyyatı zamanı həbs olunub.

Geri qayıt