Əsas Səhifə > Dünya > MOSKVADA QARA MİLLƏTİN AĞIR GÜNÜ

MOSKVADA QARA MİLLƏTİN AĞIR GÜNÜ


4-11-2012, 10:50
MOSKVADA QARA MİLLƏTİN AĞIR GÜNÜ
BU GÜN SKİNXEDLƏRİN PARADI GÖZLƏNİLİR

Bu gün Rusiya paytaxtında rus millətçiləri kütləvi aksiya keçirəcəklər.

APA-nın İnterfax agentliyinə istinadən verdiyi xəbərə görə, Moskva meriyası ilə razılaşdırılmış “Rus marşı” adı altında nümayiş Moskvanın mərkəzi küçələrində keçiriləcək.

Aksiyanın təşkilatçıları bildiriblər ki, nümayişdə 10 min nəfərin iştirakı gözlənir.

Qeyd edək ki, Rusiya siyasətçilərinin, ictimai xadimlərinin sərt tənqid edilməsinə baxmayaraq meriya bu aksiyanın keçirilməsinə icazə verib.

Xatırladaq ki, bu gün Rusiyada Xalq Birliyi günüdür.

Geri qayıt