Əsas Səhifə > Dünya > TÜRKİYƏDƏ BOZ QURDLAR QURULTAY KEÇİRİR

TÜRKİYƏDƏ BOZ QURDLAR QURULTAY KEÇİRİR


4-11-2012, 12:18
TÜRKİYƏDƏ BOZ QURDLAR QURULTAY KEÇİRİR
QURULTAYA AZƏRBAYCANDAN DA QONAQLAR QATILIB

Bu gün Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) özünün X qurultayını keçirir.

APA-nın Ankaraya ezam olunmuş xüsusi müxbiri Mayis Əlizadənin verdiyi məlumata görə, qurultay Ankara Arena İdman Sarayında keçirilir.

Qurultayda partiyanın 1240 üzvü səsvermə səlahiyyətinə malikdir. Qurultayı Türkiyədən və xaricdən 800 jurnalist izləyir.

Qurultaya Azərbaycan, Kosova, Bosniya-Hersoqovina, Serbiya, Suriya və digər ölkələrdən də heyətlər qatılıblar.

Azərbaycandan VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı, Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov, Müsavat başqanı İsa Qəmbər, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da iştirak edirlər.

Qurultayda partiyanın növbəti mərhələdə başqanlığı üçün Dövlət Baxçalı və hazırda partiyanın Trabzondan millət vəkili olan Koray Aydının nazmidəliyi var.

Geri qayıt