Əsas Səhifə > Dünya > KEÇMİŞ BAŞ NAZİR XALQDAN ÜZR İSTƏDİ

KEÇMİŞ BAŞ NAZİR XALQDAN ÜZR İSTƏDİ


5-11-2012, 10:12
KEÇMİŞ BAŞ NAZİR XALQDAN ÜZR İSTƏDİ
O, İQTİSADİYYATI DÜZGÜN İDARƏ EDƏ BİLMƏYİB

Adı seks skandalında hallanan və iqtisadi böhranla əlaqədar istefa verən keçmiş baş nazir Silvio Berluskoni, ölkə iqtisadiyyatını qoruya bilmədiyi üçün İtaliya xalqından üzr istəyib. Ötən ilin noyabr ayında baş nazir postunu Mario Montiyə təhvi vermək məcburiyyətində qalan Berluskoni, bu hadisədən bir il sonra üzr istəmək qərarına gəlib.

Qeyd edək ki, 76 yaşlı keçmiş baş nazir jurnalist-yazar Bruno Vespanın suallarını cavablandırarkən İtaliya iqtisadiyyatında çöküş yaratdığını etiraf edib. "İtaliya iqtisadiyyatını düzgün idarə edə bilmədiyim üçün əhalidən üzr istəyirəm. Apardığım bütün islahatlara baxmayaraq işsizlik nisbətinin azalmasını təmin edə bilmədim."-deyə baş nazir əlavə edib. \ faktxeber.com \

Geri qayıt