Əsas Səhifə > Dünya > KİYEVDƏ OTURAQ AKSİYA

KİYEVDƏ OTURAQ AKSİYA


6-11-2012, 10:02
KİYEVDƏ OTURAQ AKSİYA
5 DAİRƏDƏ TƏKRAR SEÇKİYƏ QƏRAR VERİLDİ

Ukrayna milisinin xüsusi təyinatlı qüvvələri noyabrın 6-na keçən gecə müxalifətin Kiyevdə, Mərkəzi Seçki Komissiyasının qarşısında qurduğu çadırları sökməyə cəhd göstərib, amma piketçilər buna imkan verməyiblər.

Müxalif fəallar noyabrın 5-dən Mərkəzi Seçki Komissiyasının binası qarşısında oturaq etiraz aksiyası keçirir. Birləşmiş müxalifəti təmsil edən “Batkivşina” bloku, Zərbə və Azadlıq partiyalarının tərəfdarları 28 oktyabr parlament seçkisinin saxtalaşdırıldığını iddia edir, 13 dairənin nəticələrinə yenidən baxılmasını istəyirlər.

“Media forum” saytının məlumatına görə, Mərkəzi Seçki Komissiyası noyabrın 5-i axşam saatlarında 5 mübahisəli dairədə təkrar seçki keçirilməsinə qərar verib. Qurumun son açıqlamasında deyilir ki, hakim Regionlar Partiyası Ukrayna Ali Radasına 187 mandat qazanıb. Müxalif düşərgənin nəticələri belədir: “Batkivşina” bloku – 103, Zərbə Partiyası – 40, “Azadlıq” bloku – 37.

Kommunist Partiyasının 32 mandat qazandığı bildirilir. Vahid Mərkəz Partiyası parlamentdə 3, Xalq Partiyası 2, Radikal və İttifaq partiyaları hərəyə 1 mandatla təmsil olunacaqlar.

Geri qayıt