Əsas Səhifə > Ölkə > OTELLƏR YOXLANILIR
OTELLƏR YOXLANILIR11-11-2011, 12:49 |
DÖVLƏT KOMİTƏSİ İLƏ NAZİRLİK BİRGƏ HƏRƏKƏT EDƏCƏK Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) gələn ilin may ayında Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycanda fəaliyyət göstərən hotellərdə monitorinq aparacaq. “APA-ECONOMICS”in xəbərinə görə, bu barədə SMPDK sədri Ramiz Həsənov bildirib. Onun sözlərinə görə, artıq hotellərə məktub göndərilib ki, fəaliyyətlərini və xidmət səviyyələrini müəyyən vaxta qədər qəbul olunmuş beynəlxalq standartlara uyğunlaşdırsınlar. “İki aydan sonra hotellərdə monitorinqlərə başlamaq niyyətindəyik” - deyə komitə sədri qeyd edib. Geri qayıt |