Əsas Səhifə > Ölkə > AYAZ MÜTƏLLİBOV ÜÇÜN ÖNƏMLİ GÜN

AYAZ MÜTƏLLİBOV ÜÇÜN ÖNƏMLİ GÜN


11-11-2011, 14:55
AYAZ MÜTƏLLİBOV ÜÇÜN ÖNƏMLİ GÜN

MİLLİ MƏCLİS EKS-PREZİDENTLƏR HAQQINDA QANUNA BAXACAQ

Milli Məclisinin növbəti iclası noyabrın 15-də keçiriləcək. Milli Məclisin deputatı Zahid Orucun Modern.az-a verdiyi məlumata görə, iclasda 31 məsələ müzakirəyə çıxarılacaq.

Z.Oruc deyib ki, müzakirəyə çıxarılacaq sənədlərdən biri ötən iclasda birinci oxunuşdan keçən “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Konstitusiya qanunu” layihəsidir.

Qeyd edək ki, Konstitusiya qanunu layihəsi bir qayda olaraq Milli Məclisdə iki oxunuşla təsdiqlənir. Amma bu, Konstitusiyanın bütün fəsillərinə aid deyil. Ona görə də Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Konstitusiya qanunu” layihəsi üç oxunuşdan keçməlidir.
Sənəd ikinci oxunuşdan keçəndən sonra altı ay keçməlidir ki, onu üçüncü oxunuşa çıxarsınlar. Bu isə o deməkdir ki, eks-prezidentlərlə bağlı qanun layihəsi gələn ilin yazında üçüncü oxunuşa çıxarılacaq.

Xatırladaq ki, birinci oxunuşun səsverməsi zamanı eks-prezidentlərlə bağlı qanun layihəsinin lehinə 100 nəfər, əleyhinə isə 3 nəfər səs vermişdi. Əleyhinə səs verən deputatlar Zahid Oruc, Fəzail Ağamalı və Etibar Hüseynov olmuşdu.

Milli Məclisin noyabrın 15-də keçiriləcək iclasının gündəliyinə «Naxçıvan Muxtar Respublikası Konstitutsiyasına dəyişikliklər haqqında» Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi, Azərbaycan və Polşa hökumətləri arasında saziş, «Hərbi xidmətə çağırışın əsasları haqqında», «Penitensiar müəssisələrdə cəzaçəkmədən azad olmuş şəxslərin sosial adaptasiyası haqqında», «Elektroenergetika haqqında», «Qaz təchizatı haqqında», «İcra məmurları haqqında», «İcbari sığorta haqqında» qanunlara dəyişiklik edilməsi, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və digər sənədlər də daxildir.


Geri qayıt