Əsas Səhifə > Ölkə > NAXÇIVAN ALİ MƏHKƏMƏSİ QƏRARINI DƏYİŞMƏDİ

NAXÇIVAN ALİ MƏHKƏMƏSİ QƏRARINI DƏYİŞMƏDİ


11-11-2011, 15:50
NAXÇIVAN ALİ MƏHKƏMƏSİ QƏRARINI DƏYİŞMƏDİ

JURNALİST BARƏDƏ HÖKM QÜVVƏDƏ SAXLANILDI

Naxçıvan Ali Məhkəməsi jurnalistin barəsində hökmü qüvvədə saxlayıb

Noyabrın 10-da Fəxrəddin Məmmədovun sədrliyi ilə Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məhkəməsi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun bölgə müxbiri Həkimeldostu Mehdiyevin apellyasiya şikayətini təmin etməyib.

Şikayət Şərur Rayon Məhkəməsinin 26 sentyabr tarixli qərarından verilib. Belə ki, qərara əsasən H.Mehdiyev CM-in 189-1.1 maddəsi ilə (elektrik enerjisinin oğurlanması) təqsirli bilinərək 1000 manat cərimələnib.

H.Mehdiyev Şərur rayonunun Cəlil kəndində elektrik enerjisindən qanunsuz istifadədə ittiham olunub. Bunun nəticəsində “dövlətə 1048 manat həcmində zərər dəyib”.

Lakin jurnalist bu ittihamı əsassız sayaraq cinayət işini uydurma adlandırır.

İyul ayında H.Mehdiyev Naxçıvana gələn Frankfurter Allgemeine Zeitung qəzetinin jurnalisti Mixael Lüdviqə kömək etdikdən sonra ona qarşı ittihamlar irəli sürülüb.


Geri qayıt