Əsas Səhifə > Cəmiyyət > «LİDER»İN EFİRİNDƏN MARAQLI BİR POLEMİKA

«LİDER»İN EFİRİNDƏN MARAQLI BİR POLEMİKA


20-11-2012, 13:21
«LİDER»İN EFİRİNDƏN MARAQLI BİR POLEMİKA
"ZƏİF BƏND"DƏ DƏRİN SÖHBƏT

DİA.AZ: - DİA.AZ olaraq davamlı şəkildə redaksiyamıza çatdırılan maraqlı hadisələrlə bağlı da sizləri bilgiləndirməkdəyik. Elə oxucularımızdan biri bu günlərdə «Lider» kanalının efirində baş vermiş bir maraqlı hadisə barədə redaksiyamıza yazıb və diqqətimizi cəlb etdiyindən həmin hadisəni oxucularımızla bölüşmək qərarına gəldik.

Redaksiyamıza bildirilənə görə, bu günlərdə «Lider» kanalında yayımlanan «Zəif bənd» verilişində maraqlı bir hadisə baş verib. Oxucumuz bildirir ki, oyunda iştirak edənlərdən biri ilə verilişin aparıcısı arasında ilginc bir polemika yaşanıb:

«Aparıcı oyunun iştirakçısına sual verir (bildirək ki, suallar tez-tez oxunur və ani cavab verilməsi lazımdır -red.: Azərbaycan Konstitusiyasına görə hakimiyyətin mənbəyi… İştirakçı cavab verir: Prezident… Bu zaman aparıcı deyir: Cavab yanlışdır. Xalq!..İştirakçı anidən reaksiya verir: Bilirdim»…

Geri qayıt