Əsas Səhifə > Ölkə, Manşet > «OLİQARXLAR» BAKIYA "ELÇİ" GÖNDƏRİRLƏR

«OLİQARXLAR» BAKIYA "ELÇİ" GÖNDƏRİRLƏR


21-11-2012, 14:43
«OLİQARXLAR» BAKIYA "ELÇİ" GÖNDƏRİRLƏR
RATİ İLƏ RƏSMİ BAKI DANIŞIĞA GEDƏCƏKMİ?

DİA.AZ: - Rusiyadan yeni məlumatlar gəlməkdədir. Mötəbər mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, son günlər Azərbaycanın siyasi gündəmində bomba partlayışı effekti verən Rusiya Azərbaycan Təşkilatları İttifaqının rəhbərliyi rəsmi Bakı ilə danışıqlara tədarük görür.

Bu barədə məlumatı verən Moskvadakı mənbə bildirir ki, az əvvəl RATİ-nin sədri, Azərbaycan baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov bir neçə dəfə prezident İlham Əliyevlə və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşlərə cəhd etsə də, bu baş tutmayıb: «Və artıq yeni verilən qərara görə, RATİ rəhbərliyi dörd nəfər nümayəndəsini rəsmi Bakı ilə danışıqlar üçün təhkim edib və onlar yaxın günlərdə Bakıya gələcəklər».

Mənbəmiz bildirir ki, həmin nümayəndə heyətinin tərkibinə özünü rus kimi hiss edən «Azərros»un prezidenti Söyün Sadıqov da daxildir: «Danışıqlara belə bir heyətin ayrılması əslində bu işdə də Rusiyanın maraqlı tərəf olduğunu göstərir. Və bu həm də aradakı problemin etirafıdır. Yəni məsələ problematikdir».

Geri qayıt