Əsas Səhifə > Partiya > QƏRB AZƏRBAYCANDA SEÇKİLƏRƏ MÜDAXİLƏ EDİR

QƏRB AZƏRBAYCANDA SEÇKİLƏRƏ MÜDAXİLƏ EDİR


23-11-2012, 12:32
QƏRB AZƏRBAYCANDA SEÇKİLƏRƏ MÜDAXİLƏ EDİR
YENİ BLOK YARANA BİLƏR

Azərbaycanda gələn il keçriləcək prezident seçkləri yaxınlaşdıqca siyasi gündəm gərginləşir.

Avropa.info-nun əldə etdiyi məlumata görə, Rusiyadakı azərbaycanlı oliqarxların təsis etdiyi "Milyarderlər İttifaqı"nın səs-küyündən sonra ölkədə Qərbin dəstəyi ilə yaradılmış yeni bir qurum fəaliyyətə başlayacaq.Siyası blok şəklində fəaliyyət göstərəcək quruma bir sıra tanınmış QHT rəhbərlərinin, siyasətçilərin,elm adamlarının,ziyalıların və jürnalistlərin daxil olacağı bildirilir.

Qərb dairələrinin istəyi olarsa bu qurumun İctimai Palatayla da əməkdaşlıq edəcəyi də daxil olan məlumatlar arasındadır.Eyni zamanda nə qədər qəribə olsa da hələlik adı bəlli olmayan bu blokun "Milyarderlər İttifaqı" ilə də əməkdaşlıq edəcəyi deyilir. Siyasi Blokun rəhbəri isə hazırda heç bir qurumda təmsil olunmayan,amma Qərb dairələri ilə sıx əlaqələri olan,siyasi dairələrdə ciddi qəbul olunan bir sima olacaq. Ən qəribəsi isə odur ki, bu qurum seçki islahatları uğrunda mübarizə aparsa da, məhz Qərbin istəyinin olacağı təqdirdə öz namizədini irəli sürəcək və ümummüxalifətin də bu namizəd ətrafında birləşməsinə çalışacaq.

Geri qayıt