Əsas Səhifə > Partiya > AXC İQTİDARININ KEÇMİŞ ÜZVÜ İLHAM ƏLİYEVƏ DƏSTƏK VERİR

AXC İQTİDARININ KEÇMİŞ ÜZVÜ İLHAM ƏLİYEVƏ DƏSTƏK VERİR


26-11-2012, 12:55
AXC İQTİDARININ KEÇMİŞ ÜZVÜ İLHAM ƏLİYEVƏ DƏSTƏK VERİR
TAHİR KƏRİMLİ MÖVQEYİNİ AÇIQLADI

2003-cü il ildə keçirilən prezident seçkilərində Vəhdət Partiyasının sədri Tahir Kərimli ölkənin aparıcı müxalifət partiyaları ilə birgə fəaliyyət göstərirdi. Lakin seçkilərdən sonra Tahir bəy öz mövqeyini dəyişərək hazırkı ölkə başçısı İlham Əliyevin siyasi kursunu dəstəklədi. Bəs 2013-cü ildə keçiriləcək prezident seçkilərində Tahir Kərimli hansı cəbhədə olacaq? Bununla bağlı FaktXeber.com-a açıqlama verən VP sədri bildirdi ki, sədri olduğu partiyanın baş məclisinin qərarı ilə hazırkı ölkə başçısı İlham Əliyevin siyasi kursunu dəstəkləyirlər: “Bu qərar birmənalı şəkildə prezident İlham Əliyevin müdafiəsi ilə bağlıdır. Prezident İlham Əliyev yenə də öz namizədliyini irəli sürəcəksə Vəhdət Partiyası öz qərarına uyğun olaraq onu müdafiə edəcək. Başqa bir qərar verərsə hörmətlə qarşılayacağıq. Güman edirəm ki, hazırda situasiya belə davam edərsə partiyanın qərarı öz qüvvəsində qalacaq.”

“İlham Əliyev namizədliyini irəli sürmədiyi halda mövqeyiniz necə olacaq” , - sualını da cavablandıran Tahir bəy, “ümid edirik ki, İlham Əliyev namizədliyini irəli sürsün. Əgər İlham Əliyev başqa qərar qəbul etsə belə, ona hörmətlə yanaşacağıq. Lakin hazırda bilmirik prezident hansı qərar verəcək. Digər bir namizədin irəli sürülməsi partiyamızın mənafeyinə uyğun olsa dəstəkləyəcəyik, əks halda başqa bir qərar qəbul etmək mümkündür.”

Geri qayıt