Əsas Səhifə > Partiya > ATƏT-DƏN CAVAB GƏLDİ
ATƏT-DƏN CAVAB GƏLDİ29-11-2012, 10:23 |
QURUM SƏRDAR CƏLALOĞLUNU HAQSIZ HESAB EDİR ATƏT-in Bakı Ofisi Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun ittihamlarına cavab verib. Təşkilatdan Modern.az-a verilən məlumatda bildirilib ki, ADP sədri ATƏT-in Bakı Ofisinin müxalifət partiyaları ilə keçirilən görüşlərinə dəvət olunur. “2010-cı il parlament seçkiləri öncəsi ATƏT-in Bakı Ofisi siyasi partiyaların iştirakı ilə bir sıra dəyirmi masalar təşkil edib. Müxtəlif mövzularda keçirilən həmin dəyirmi masaların hamısına ADP sədri Sərdar Cəlaloğlu dəvət olunub”, - deyə ATƏT-in Bakı Ofisindən açıqlama verilib. Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlamasında bildirib ki, ATƏT-in Bakı Ofisi onu Azərbaycanın müxalifət partiyaları ilə keçirilən görüşlərə dəvət etmir. Geri qayıt |