Əsas Səhifə > Güney Press, Üçüncü sektor > KREML AST TELMANI NİYƏ MÜKAFATLANDIRDI?
KREML AST TELMANI NİYƏ MÜKAFATLANDIRDI?29-11-2012, 12:06 |
TELMAN İSMAYILOV OTEL TİKDİRİR Moskva şəhər rəhbərliyi paytaxtın Köhnə Moskva dairəsində yerləşən Nikitinski bulvar küçəsində 5 ulduzlu otelin tikintisinə icazə verib. Avropa.info-nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, tikintini Telman İsmayılovun sahibi olduğu AST Şirkətlər Qrupu aparacaq. Qeyd edək ki, adıçəkilən ərazidə yaşayan köhnə moskvalılar şəhərin memarlığına zərər gətirəcəyinə görə, Nikitinski bulvarda hündür mərtəbəli binanın tikintisinə imkan vermirdilər. Avropa.info-nun əldə etdiyi məlumata görə, Moskva meriyasının bu binanı tikməsinə icazə verməsinin səbəbi Telman İsmayılovun Kremlin istəyi ilə təsis olunmuş "Milyarderlər İttifaqı"na üzv olmasıdır.Putin höküməti həm də bir vaxtlar arzuolunmaz şəxs elan etdiyi T İsmayılovu daha da özünə bağlamaq istəyir.Son günlər azərbaycanlı iş adamının "Milyarderlər İttifaqı"na məcburən qoşulması haqqında informasiyalar dolaşmaqda idi. Görünür, Moskva meriyası da şəhər ictimaiyyəti ilə kompromisa gəlib: adı gedən küçədə 6 mərtəbəli 5 ulduzlu otel tikiləcək. Qeyd edək ki,bir neçə il əvvəl rəsmi Kreml Telman İsmayılovu arzuolunmaz şəxs elan etmişdi. İsmayılova məxsus “Çerkizova” bazarı bağlandıqdan sonra onun Moskvadakı digər biznes strukturlarına, eləcə də məşhur “Praqa” restoranına əl qoyulmuşdu.İndi isə Moskva meriyasının Kremlin bir neçə yüz metrliyində İsmayılova tikinti aparmağa icazə verməsinin arxasında "Milyarderlər İttifaqı" faktoru dayanır. Geri qayıt |