Əsas Səhifə > Hadisə > YAŞAR NURİYEV KOMADA

YAŞAR NURİYEV KOMADA


19-09-2011, 11:48
YAŞAR NURİYEV KOMADA

TANINMIŞ AKTYORUN VƏZİYYƏTİ YENİDƏN PİSLƏŞİB

Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nurinin səhhəti yenidən pisləşib.

APA-nın məlumatına görə, dörd gün əvvəl halı qəflətən pisləşən aktyor Dövlət Gömrük Komitəsinin Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Öyrəndik ki, aktyor hazırda süni nəfəs aparata qoşulub, danışa bilmir. Y. Nurinin vəziyyətinin pisləşməsinə səbəb kimi onun həkimlərin tələblərinə riayət etməməsi göstərilir.

Qeyd edək ki, Yaşar Nuri bu il ərzində bir neçə dəfə xəstəxanaya yerləşdirilib. Aktyorun ağ ciyərində problemlər olduğu deyilir. Xalq artisti ötən ilin sonu, bu ilin əvvəli Türkiyənin Memorial Xəstəxanasında uzun müddət müalicə olunub.

Xatırladaq ki, Yaşar Nurinin oktyabrın 5-də Akademik Milli Dram Teatrında 60 illik yubileyinin keçirilməsi nəzərdə tutulur.


Geri qayıt