Əsas Səhifə > Dünya > SURİYADA DİPLOMATI ÖLDÜRDÜLƏR
SURİYADA DİPLOMATI ÖLDÜRDÜLƏR5-12-2012, 12:33 |
MƏRAKEŞLİ ATTAŞE GÜLLƏLƏNDİ FaktXeber.com-un verdiyi məlumata görə, Mərakeşin Suriyadakı səfirliyinin nümayəndəsi bu səhər müxaliflər tərəfindən öldürülüb. Hadisə Hələb şəhərində yerləşən Əl-Muhafizə məntəqəsində baş verib. Mərakeşli attaşe Ələddin Əl-Kiyali Laruz küçəsindəki "Bulman" otelinin qarşısında dörd silahlı tərəfindən güllələnib. Qeyd edək ki, maşınla otelin qarşısında yaxınlaşan müxaliflər avtomat silahdan atəş açaraq mərakeşli atteşeni qətlə yetirib. Hadisə baş verən zamanı Ələddin Əl-Kiyalinin yanında daha iki nəfər həyatını itirib. Bunlar Hələbin məhkəmə hakimi və merianın əməkdaşı olub. Geri qayıt |