Əsas Səhifə > Ölkə, Manşet > 163 SAYLI ORTA MƏKTƏBDƏ VƏHŞİLİK
163 SAYLI ORTA MƏKTƏBDƏ VƏHŞİLİK5-12-2012, 14:47 |
DİREKTOR ŞAGİRDİ QANINA QƏLTAN ETDİ DİA.AZ: - Bu günlərdə Ağstafa rayonunda orta məktəblərin birində bir müəllimin şagirdləri əməlli-başlı kötəkləməsi məsələsi bütün ölkədə böyük rezonans doğurdu. Amma buna rəğmən təhsil nazirliyinin yetkililəri hələ də videosu yayılan bu olayla bağlı hansısa ölçünü götürmədilər ki, bu da çox pi sbir presdent yaradıb. Elə bu gün baş verən hadisəni də bu qəbildən hesab etmək olar. DİA.AZ-a daxil olan informasiyaya görə, 163 saylı orta məktəbin direktoru şagirdlərdən birinə qarşı vəhşilik törədib. Şagirdi vəhşicəsinə döyən direktor hətta onun başını da partladıb. Redaksiyamızın əldə etdiyi bilgilərə görə, həmin şagird hüquq-müdafiəçisi, «Kür» Vətəndaş qərərgahının koordinatoru Oqtay Gülalıyevin övladıdır. Hər halda, hətta şagirdin hansı dərəcədə günahkar olması şəraitində belə kiminsə belə bir cəzanı tətbiq etməsinin doğru olmadığını hər kəs bilsə də, deyəsən, şagird döyməyi, güclərini şagirdlərin üzərində sınamağı artıq vərdişə çevirmiş Misir Mərdanovun müəllimləri bundan xəbərsizdirlər. Məsələ ilə bağlı DİA.AZ-a danışan Oqtay Gülalıyevin özü isə həqiqətən də belə bir hadisənin baş verdiyini söylədi: «İndi mən kənarda olduğumdan baş verənlərin təfsilatını öyrənə bilmirəm. Həmçinin polisə də müraciət etməyim çətindir. Odur ki, mətbuatdan bui şin araşdırılmasını xahiş edirəm». Bildirək ki, 163 saylı məktəbin direktoru Nemət Məmmədovdur. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |