Əsas Səhifə > Dünya > PREZİDENT MÜXALİFƏTİ GÖRÜŞƏ ÇAĞIRDI
PREZİDENT MÜXALİFƏTİ GÖRÜŞƏ ÇAĞIRDI7-12-2012, 10:33 |
MİSİRDƏ VƏZİYYƏT GƏRGİN OLARAQ QALIR Dekabrın 6-sı axşam saatlarında Misir paytaxtı Qahirədə hakim “Müsəlman qardaşlar” hərəkatının mərkəzi ofisi yandırılıb. Ofisə 200-dək adamın hücum etdiyi bildirilir. Polis hücumçuları gözyaşardıcı qaz tətbiq edərək uzaqlaşdırıb. Son məlumata görə, paytaxt Qahirədə müxaliflərlə hakimiyyət tərəfdarları arasında 5 dekabr toqquşmalarında 7 nəfər həlak olub, 600-dən çox adam xəsarət alıb. Misirdə prezidentin səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan konstitusiya qəbul olunub. Dekabrın 15-də ana qanun layihəsi ilə bağlı referendum keçiriləcək. Müxalifət bunun əleyhinə çıxır. Dekabrın 6-da dövlət televiziyası ilə xalqa müraciət edən prezident Məhəmməd Mursi müxalifət liderlərini dialoqa çağırıb. O, dekabrın 8-də partiya rəhbərləri və müxalif gənclərin təmsilçiləri ilə görüşməyə hazır olduğunu bildirib. Ordu paytaxt Qahirədə vəziyyəti nəzarətə götürüb. Saat 15-dən sonra şəhərin baş meydanı olan Təhrirdə toplaşmaq yasaqdır. Prezident sarayı isə mühasirəyə alınıb. Geri qayıt |