Əsas Səhifə > Ölkə, Manşet > SABİRABAD SƏHİYYƏSİNİ KİMLƏR ÖZBAŞINA BURAXIB?
SABİRABAD SƏHİYYƏSİNİ KİMLƏR ÖZBAŞINA BURAXIB?12-12-2012, 15:41 |
RAYON DOĞUM EVİNDƏ BİABIRÇI MƏNZƏRƏ DİA.AZ: - Doğum evlərindəki çıxış qapısında gözləyənlərin adətən üz-gözündən bəxtiyarlıq yağır. Hamı yeni doğulmuş körpəsini diqqət-qayğı içində, gül-çiçəklə yeni evinə aparmağa tələsir. Amma Sabirabad rayon Ələmbəyli kənd sakini Zəhra Şıxıyevanı bu sevincdən məhrum etmək istəyənlər var. DİA.AZ bildirir ki, Sabirabad rayon doğum şöbəsinin direktoru mama genekoloq Vüsal Məmmədov doğum şöbəsində əməlli-başlı bazar açıb. Pul verməyən insanları qəbul etmir, onlarla pis rəftar edir, hətta onları şərait olmadığını bəhanə edib, Bakıya yollayır. Bəhanə edib deyir ki, xəstəxanada doğum üçün lazım olan perparatlar və hətta kuveiz aparatının çatışmamazlığı var. Araşdırmalarımız nəticəsində məlum olub ki, həmin adı çəkilən şöbə 9 rayon üçün nəzərdə tutulmuş mərkəzdir və oranın istifadəsi üçün təqribən 9 milyon manat xərclənib. Nəzərinizə çatdıraq ki, xəstə Zəhra Şıxıyeva 8 ay həmin Vüsal Məmmədovun nəzarətində olub.Qəribəsi budur ki, indiyə qədər Bakıya məsləhət bilinməyən xəstə niyə bu günlərdə Bakıya göndərilir? Doğum şöbəsinin direktoru Vüsal Məmmədov eyni bəhanələri gətirir. Hətta baş həkimin sözünü belə saymayan M.Vüsal bildirir ki, o, nə desə o olmalıdır. Çünki onu bu xəstəxanaya məhz Səhiyyə nazirliyindən göndəriblər. O zaman belə görünür ki,Səhiyyə nazirliyi M. Vüsalı insanları müalicə etməyə yox, pul yığmağa göndərib. Deyəsən Vusalın "day-daysı" Səhiyyə nazirliyindədir. DİA.AZ bildirir ki, Bolgexeber.com Mərkəzi xəstəxananın baş həkimi Əziz Şıxəliyevlə əlaqə saxladı. Mövcud vəziyyətlə bağlı onun fikirlərini öyrəndik. Ə.Şıxəliyev bildirdi ki, xəstəxanada hər bir şərait var. Bütün avadanlıqlar yerli-yerindədir. Dünən günorta saatlarında xəstənin vəziyyəti pisləşib. Xəstənin həyat yoldaşı olanlar barədə Səhiyyə nazirliyinin qaynar xəttinə məlumat verib. Xəstə Mərkəzi xəstəxananın terapiya şöbəsində hal hazırda müalicə olunur. Qeyd edək ki, əməkdaşlarımızın apardığı araşdırmalar nəticəsində Sabirabad rayon doğum şöbəsindəki ilginc məlumatlarla yaxın günlərdə tanış olacaqsız. P.S Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq. Geri qayıt |