Əsas Səhifə > Cəmiyyət > “SƏFİRLİYİMİZƏ TƏHLÜKƏ YOXDUR”

“SƏFİRLİYİMİZƏ TƏHLÜKƏ YOXDUR”


15-11-2011, 12:15
“SƏFİRLİYİMİZƏ TƏHLÜKƏ YOXDUR”

“DİPLOMATLARIMIZ ADİ REJİMDƏ İŞLƏYİRLƏR”

Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini adi rejimdə davam etdirir.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib. Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi vəziyyəti diqqətlə izləyir və Azərbaycanın Suriyadakı diplomatik nümayəndəliyi ilə mütəmadi əlaqə saxlayır.

Xatırladaq ki, Suriyanın Ərəb Ölkələri Liqasında üzvlüyünün dayandırılması qərarına etiraz edərək küçələrə çıxan Dəməşq sakinləri noyabrın 12-13-də Türkiyə, Səudiyyə Ərəbistanı və digər ölkələrin Dəməşqdəki səfirliklərinə hücum ediblər. Hücumlarda bir neçə min şəxs iştirak edib. Onlar səfirliklərin yerləşdiyi binalara daş atıb, həmin ölkələrin bayraqlarını yandırıblar. Türkiyə baş verən hadisələrlə əlaqədar diplomatik personalın bir hissəsini Suriyadan təxliyə etmək qərarına gəlib. Dünən Suriyanın xarici işlər naziri Valid əl-Müəllim bu hücumlara görə adı çəkilən ölkələrdən üzr istəyib.


Geri qayıt