Əsas Səhifə > Ölkə, Manşet > SABİRABADDA ORTA MƏKTƏBDƏ ŞÜBHƏLİ YANĞIN
SABİRABADDA ORTA MƏKTƏBDƏ ŞÜBHƏLİ YANĞIN20-12-2012, 15:27 |
RƏSMİ DAİRƏLƏR BAŞ VERƏN OLAYI GİZLƏDİR DİA.AZ: - Sabirabaddakı həmkarlarımızdan birinin verdiyi məlumatlardan aydın olur ki, bu gün səhər saatlarında rayonun Sabir adına 1 saylı orta məktəbində yanğın hadisəsi baş verib. DİA.AZ-a verilən xəbərə görə, yanğın böyük bir ərazini əhatə etdiyindən şagirdlərin evakuasiya olunması zərurəti yaranıb. Amma maraqlıdır ki, Sabirabad rayon təhsil şöbəsi FHN əməkdaşları tərəfindən söndürülən yanğınla bağlı məlumatın ictimailəşməsinin qarşısını almağa çalışırlar ki, bu da şaiyələrin yaranmasına rəvac verib. Rayondan belə bir güman var ki, məktəb məqsədli olaraq yandırılıb: «Belə bir şaiyələr var. Amma səbəbi barədə müxtəlif izahatlar verilir və guya ki, məktəbin müəllimlərindən biri direktorla arasındakı mübahisənin ardından otaqdakı odun sobasını təpkilə aşırıb və nəticədə məktəbin bir hissəsi yanıb». Hələlik bu məlumatın doğru-olmadığını müəyyən edə bilməsək də, rəsmi dairələr baş verən hadisəni gizlətməyə çalışırlar. Geri qayıt |