Əsas Səhifə > Cəmiyyət, Manşet > TALEH XASMƏMMƏDOV HƏBS EDİLİB

TALEH XASMƏMMƏDOV HƏBS EDİLİB


15-11-2011, 19:13
TALEH XASMƏMMƏDOV HƏBS EDİLİB

“KURTLAR VADİSİ” MAFİYASINI İFŞA EDƏN ŞƏXSİ OĞURLADILAR

DİA.AZ: - Göyçay rayon sakini, cari ilin oktyabr və noyabr aylarında Ucar rayonunda baş verən qanunsuzluqlar, xüsusən də “Kurtlar vadisi” adlı mütəşəkkil cinayətkar dəstənin fəaliyyət göstərməsi və qadın alveri ilə bağlı məlumatlar verən Taleh Xasməmmədov həbs edilib.

Bu barədə İnsan Hüquqları Klubu (İHK) məlumat yayıb.

İHK-yə məlumat verən Xasməmmədovun anası Gülbuta Xasməmmədovanın sözlərinə görə, oğlu 3 gün bundan əvvəl polislər tərəfindən Göyçaydan Ucara aparılıb və indiyə kimi polis şöbəsində saxlanılır. Dünən isə onların evində axtarış aparılıb, Taleh Xasməmmədova məxsus olan kompüterlər və bəzi digər əşyalar müsadirə edilib.

“Bu gün (dünən –red.) Ucar Rayon Polis Şöbəsinə getsəm də, oğlumla görüşməyə icazə vermədilər, sadəcə bildirdilər ki, polisə müqavimət göstərdiyi üçün onu saxlamağa haqqımız var”, – deyə Gülbuta Xasməmmədova əlavə edib.

Geri qayıt