Əsas Səhifə > Hadisə > BAKIDA EVƏ SİLAHLI BASQIN

BAKIDA EVƏ SİLAHLI BASQIN


24-12-2012, 11:46
BAKIDA EVƏ SİLAHLI BASQIN
MASKALI QULDURLAR YAXALANIB

Bakıda yaşayış evinə silahlı basqın olub.

Bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə saat 03.00 radələrində, Əmircan qəsəbəsi, Sabir küçəsi ev 8 ünvanında qeydə alınıb. Kəmalə Şıxıyevaya məxsus evə daxil olan 2 maskalı şəxs ev sahibəsini və evdə onunla birgə olan bacısı Sənubər Şıxıyevanı silahla hədələyərək pul tələb ediblər. Maskalı şəxslər ev sahibəsi və onun bacısına küt alətlə xəsarət yetirərək evdə olan pulu götürüb qaçıblar.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Ümüd Sultanov və Vaqif Əsədzadə tutulublar.

Hazırda onların digər cinayət əməllərinin olub-olmadığı araşdırılır.

Geri qayıt