Əsas Səhifə > Hadisə > DAŞKƏSƏNDƏ MAŞIN QAR ÇOVĞUNUNA DÜŞDÜ

DAŞKƏSƏNDƏ MAŞIN QAR ÇOVĞUNUNA DÜŞDÜ


18-01-2013, 10:39
DAŞKƏSƏNDƏ MAŞIN QAR ÇOVĞUNUNA DÜŞDÜ
2 NƏFƏR KÖMƏKSİZ QALIB

Daşkəsən rayonu, Qaraqollar kəndində “UAZ” markalı minik avtomobili gecə saatlarında qar çovğununa düşüb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avtomobil yoldan çıxıb və içərisində olan 2 nəfər köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər həmin avtomobili təhlükəsiz əraziyə çıxarıb.

Maşının sürücü və sərnişini Təcili Tibbi Yardım Xidmətinə təhvil veriblər. Əməliyyat saat 01:28 radələrində başa çatıb.

Geri qayıt