Əsas Səhifə > Ölkə, Manşet > KƏMALƏDDİN HEYDƏROVUN BÖYÜK KÖÇ TƏDARÜKÜ
KƏMALƏDDİN HEYDƏROVUN BÖYÜK KÖÇ TƏDARÜKÜ21-01-2013, 11:49 |
FHN ŞEFİ AZƏRBAYCANDAN GEDİR? DİA.AZ: - Rendaksiyamıza fövqəladə hallar naziri Kəmaləddin Heydərovla bağlı ilginc məlumatlar daxil olub. DİA.AZ-ın əldə etdiyi informasiyalardan aydın olur ki, bir zamanlar Orta Asiyadan, Rusiyadan və ayrı-ayrı yerlərdən bizneslərini Azərbaycana daşıyan FHN şefi indi bunun əksini etmək zorunda qalıb. Mötəbər mənbə iddia edir ki, son günlərin olayları fonunda mövqeləri kifayət qədər möhkəmlənmiş kimi görünən Kəmaləddin Heydərovun barəsində hər kəs «onun hakimiyyəti hələ uzun sürəcək» düşüncəsinə vardığı zaman FHN rəhbərinin özü tamam əks təəssürat yaradacaq addımlar atmaqdadır. Bu isə görüntüdə olanlarının kifayət qədər aldadıcı olmasından xəbər verməkdədir. Mənbəmiz bildirir ki, Kəmaləddin Heydərov oğlu Taleh Heydərovu Böyük Britaniyanın nüfuzlu işgüzar çevrələrinə calamağa müvəffəq olub ki, zaman-zaman nail olunan bu məsələ indi nazirin işinə yaramaqdadır: «Son aylarda məhz bu xəttlə Kəmaləddin Heydərov Azərbaycandan külli miqdarda pulu çıxara bilib. Söhbət təxminən 7 milyard dollar puldan gedir. Bu, olduqca böyük rəqəmdir və FHN şefinin əlindəki varidatın əhəmiyyətli hissəsi də hesab oluna bilər». Mənbəmiz iddia edir ki, eyni zamanda Avropada ayrı-ayrı bank hesablarına da yüklü miqdarda pulköçürmələri edilib: «Artıq bu bank əməliyyatları müvafiq qurumlar tərəfindən təsbit olunub. Hətta Kəmaləddin Heydərovdan hesab da sorula bilər. Çünki cərəyan edən olaylar nazirin «böyük köç» tədarükü təəssüratını yaradır». Geri qayıt |