Əsas Səhifə > Ölkə, Manşet > GƏNC DEPUTATLARIN DAVASI QIZIŞIB

GƏNC DEPUTATLARIN DAVASI QIZIŞIB


18-11-2011, 16:51
GƏNC DEPUTATLARIN DAVASI QIZIŞIB

CEYHUN OSMANLI AZAD RƏHİMOVA SIĞINIB

DİA.AZ: - İki gənc deputat Fuad Muradovla Ceyhun Osmanlının münasibətlərinin gərgin olduğu hər kəsə məlumdur. Hətta hakimiyyətin təşkil etdiyi sonuncu gənclər forumuna aid tədbirdən sonra da bu gənclərin arasında mübahisənin yarandığı, məsələnin hətta şillələmə səviyyəsinə qədər yüksəldiyi haqda məlumatlar yayılmışdı.

Doğrudur, sonradan bu məlumat Fuad Muradov tərəfindən təkzib olundu. Amma bu barədə «Dünya» İnformasiya Agentliyini (dia-az.life) bilgiləndirən mənbələr iddia edir ki, məsələ həqiqətən də kəskin həddədir və hətta Ceyhun Osmanlı Fuad Muradovla rəqabət apara bilməsi üçün hakim Yeni Azərbaycan Partiyasının gənclər təşkilatının rəhbəri Seymur Orucludan dəstək istəyib. Bildirək ki, Seymur Oruclu Dövlət İqtisad universitetində prorektor olmaqla yanaşı, həm də sözügedən ali tədris ocağının rəhbəri, millət vəkili Şəmsəddin Hacıyevin kürəkənidir. Bir sözlə, YAP-ın elitasında kifayət qədər nüfuza malikdir.

Mötəbər mənbələrdən redaksiyamıza ötürülən informasiyada qeyd olunur ki, Ceyhun Osmanlı birbaşa olaraq üst düzəyə çıxış imkanları olan Fuad Muradovun əsas hədəfinə çevrilib: «Fuad Muradov «Ceyhunu bitirəcəm» deyib aləmə car çəkib. Buna görə də Ceyhun Osmanlı bu dəqiqə özünə himayədar axtarışına çıxıb».

Qeyd edək ki, Ceyhun Osmanlıya dəstək verənlər arasında Gənclər və İdman Naziri Azad Rəhimov da var. Bəzi məlumatlara görə, Ceyhun Osmanlıya məxsus olan, Bakının keçmiş «Torqovı» küçəsində yerləşən «MADO» dondurma dükanını da Ceyhun Osmanlı nazirlə şərikinə işlədir. Yəni nazirin gənc deputatla münasibətləri həddindən artıq məhrəmdir və bu səbəbdən Azad Rəhimov Ceyhun Osmanlını Fuad Muradovdan qoruya bilər.


Geri qayıt