Əsas Səhifə > Ölkə > RAFİQ TAĞI DİNDİRİLDİ
RAFİQ TAĞI DİNDİRİLDİ21-11-2011, 13:07 |
TANINMIŞ YAZIÇI HƏLƏ DƏ REANİMASİYADA SAXLANILIR Prokurorluq orqanlarının əməkdaşları yazıçı Rafiq Tağını dindiriblər. Rafiq Tağı noyabrın 19-da sui-qəsdə məruz qalıb. Axşam evdən işə gedəndə ona hücum çəkən naməlum adamlar yazıçıya 6 bıçaq zərbəsi vurublar. Hadisə Bakıda, “Şərq” bazarının yaxınlığında baş verib. Yazıçı paytaxtın 1 saylı xəstəxanasında əməliyyat olunub. Noyabrın 21-də Rafiq Tağının qardaşı “Media forum” saytına bildirib ki, prokurorluq əməkdaşları dindirməni noyabrın 20-də xəstəxanada aparıblar. Rafiq Tağı hələ də reanimasiya şöbəsindədir. Qardaşının sözlərinə görə, yazıçının huşu özündədir, ancaq hələ yaxınlarını onun yanına buraxmırlar: “Həkimlər deyirlər ki, vəziyyəti sabitləşməyə doğru gedir”. Sui-qəsdin motivi haqda hələ ki, heç bir məlumat, rəsmi versiya yoxdur. Geri qayıt |