Əsas Səhifə > Hadisə > BAKIDA AĞIR YOL QƏZASI BAŞ VERİB

BAKIDA AĞIR YOL QƏZASI BAŞ VERİB


24-01-2013, 10:15
BAKIDA AĞIR YOL QƏZASI BAŞ VERİB
YENƏ DƏ SÜRƏT HƏDDİ...

Gecə Bakının Xətai rayonu Gəncə prospektində iki avtomaşının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Anspress xəbər verir ki, qəza zamanı 22 yaşlı Allahverdiyev Elmir Elmar oğlunun idarə etdiyi “VAZ 21015” markalı avtomaşınla “Mercedes” markalı nəqliyyat vasitəsi toqquşub. Qəzadan sonra “Jiquli”nin sürücüsü və maşında olan bir nəfər, 24 yaşlı Teymurxan Qaraxanov ağır dərəcəli bədən xəsarəti alıb.

Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.

Hadisədən sonra ərazidə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. İlkin ehtimala görə, avtoqəza nəqliyyat vasitələrinin sürət həddini aşması səbəbindən qeydə alınıb. Qəzanın hansı sürücünün səhlənkarlığı ucbatından baş verdiyi isə araşdırmalardan sonra məlum olacaq.

Geri qayıt