Əsas Səhifə > Ölkə, Manşet > İSMAYILLI OLAYI İLƏ BAĞLI İLGİNC İDDİALAR

İSMAYILLI OLAYI İLƏ BAĞLI İLGİNC İDDİALAR


24-01-2013, 12:40
İSMAYILLI OLAYI İLƏ BAĞLI İLGİNC İDDİALAR
HADİSƏNİ PREZİDENT ADMİNİSTRASİYASI İDARƏ EDİB

DİA.AZ: - İsmayıllıda dünən gecədən baş verən və hələ də davam etməkdə olan etiraz aksiyaları ilə bağlı ilginc iddialar səslənməkdədir. Bu barədə DİA.AZ-a hökumət içindəki mötəbər mənbə xəbər ötürüb.

Qaynağın iddialarına görə, əslində İsmayıllıda keçən ilin 1 mart tarixində Qubada təcrübədən keçirilən ssenari tətbiq olunmaqdadır: «Quba hadisələrini xatırlayın. Nələr baş verdisə, indi də eynisini İsmayıllıda tətbiq edirlər. Qubada əslində hədəfdə olan nəqliyyat naziri Ziya Məmmədov idi. Çünki icra başçısı onun yaxın adamı idi. İndi isə Füzuli Ələkbərovun qardaşının rəhbərlik etdiyi rayon hədəfdədir».

Mənbəmiz iddia edir ki, əslində anoloji hadisə Gəncədə də baş verməli imiş. Sadəcə olaraq bu məsələdən xəbərdar olan icra başçısı Elmar Vəliyev hadisələri kontrol altına almaq üçün Gəncədə üsyan planlaşdıran şəxsləri zərərsizləşdirib.

Mənbəmiz iddia edir ki, dünən gecə İsmayıllıda baş verənlər birbaşa olaraq Prezident Administrasiyasının yetkililəri tərəfindən idarə olunub: «hər şey təşkil olunub. Xalq hər yerdə narazıdır. Ərazilər təskdüfi seçilməyib. Bu məsələdə diqqətli olmaq lazımdır».

Geri qayıt