Əsas Səhifə > Ölkə, Manşet > İKİ MƏMURU İSTEFAYA GÖNDƏRƏCƏK FAKT
İKİ MƏMURU İSTEFAYA GÖNDƏRƏCƏK FAKT25-01-2013, 12:14 |
YAXIN GÜNLƏRDƏ YENİ VİDEOQALMAQAL BAŞLAYIR DİA.AZ: - Hələ öncədən də xəbər vermişdik ki, məmurarası münasibətlərin çözələnməsində gizli videoçəkilişlər artıq kifayət qədər «hörmət» qazanıb. Elə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin «əldə etdiyi nəticələr» də bəzilərinin ruhlanmasına nədən olmaqdadır. Bununla bağlı DİA.AZ-a danışan hökumət içindəki qaynaq iddia edir ki, hakimiyyətiçi münasibətlərin videoşantaj yolu ilə aydınlanması istiqamətində çox ciddi yeniliklər baş verə bilər. Mənbəmizin söylədikləri: «Bu yaxınlarda çox nüfuzlu iki dövlət adamının gizli videoçəkilişi yayımlanacaq. Bu videomaterial elə səs-küy yaradacaq ki, Elşad Abdullayev hətta bundan sonra qardaşının oğurlanması hadisəsinin videogörüntülərini yayımlasa belə, kölgədə qalmış olacaq». Mənbəmiz iddia edir ki, çox ciddi iki məmurun birlikdə əyləncə məclisi təşkil etməsinin əks olunduğu videogörüntülər onlara qarşı əks mövqedə dayanan şəxsin əlindədir: «Videogörüntülərin hansı şəraitdə çəkildiyi və hansı formada rəqib cinahın əlinə düşdüyü məlum deyil. Məlum olanı odur ki, bomba effekti yaradacaq videofakt bəlkə də istefalarla müşaiyət olunacaq». Mənbəmizin sözlərinə görə, fevral ayının ilk ongünlüyündə həmin material «youtube.com» saytında yerləşdiriləcək. Geri qayıt |