Əsas Səhifə > Ölkə, Manşet > PREZİDENT BU GÜN İSMAYILLIYA SƏFƏR EDƏCƏK

PREZİDENT BU GÜN İSMAYILLIYA SƏFƏR EDƏCƏK


25-01-2013, 12:46
PREZİDENT BU GÜN İSMAYILLIYA SƏFƏR EDƏCƏK
DÖVLƏT BAŞÇISININ SƏFƏRİ AXŞAMA GÖZLƏNİLİR

DİA.AZ: - Son günlər İsmayıllı rayonu ətrafında baş verən proseslər bir qədər də ciddiləşib. Rayon demək olar ki, tam şəkildə polis nəzarəti altındadır. Hazırda rayonda hər hansı fəallıq hiss olunmur. Yeni aksiyanın keçirilib-keçirilməyəcəyi ilə bağlı heç bir məlumat yoxdur.

DİA.AZ-ın FaktXəbər-ə istinadən verdiyi məlumatda isə bildirildi ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün axşam saatlarında İsmayıllı rayonuna səfəri nəzərdə tutulub. Prezidentin şəxsən hadisə yerində olub, baş verənlərlə tanış olmaq, əhali ilə görüşmək istədiyi bildirilir.

Mənbə qeyd etdi ki, Prezidentin Avropadakı sıx görüş qrafikinə baxmayaraq, o, artıq Bakıya dönmək barədə hazırlıq tapşırığı verib. İsmayıllıya səfərin isə sabah səhər saatlarında baş tutma ehtimalı da var.

Geri qayıt