Əsas Səhifə > Ölkə, Manşet > HƏRBİ KOMİSSAR TƏRTƏRDƏ ARANI QARIŞDIRDI
HƏRBİ KOMİSSAR TƏRTƏRDƏ ARANI QARIŞDIRDI30-01-2013, 13:47 |
ÇAĞIRIŞÇI ATASI NƏDƏN ÖZÜNÜ ÖLDÜRMƏK İSTƏYİB? DİA.AZ: - Daha bir rayonda xalq üsyanı baş qaldıra bilər. Tərtər rayonundan DİA.AZ-a həyəcanlı xəbərlər gəlməkdədir. Belə ki, rayondakı mənbənin bildirdiyinə görə, bu gün səhər saatlarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin qarşısında insident baş verib. Övladının hərbi xidmətə qanunsuz olaraq çağrılmasına etiraz edən Tərtər rayon sakinlərindən biri hərbi komissar Rza Rüstəmovun özbaşına əməllərinə etiraz olaraq özünə qəsd etmək istəyib və əlindəki cib bıçağı ilə özünü öldürməyə qalxıb. Mənbə bildirir ki, çağırışçı valideyninin özünü öldürməsinin qarşısı zorla alınıb. Amma ən maraqlısı isə odur ki, narazı vətəndaşın etirazına reaksiya vermək əvəzinə hərbi komissar Rza Rüstəmovun çağırışı ilə hadisə yerinə gələn polis işçiləri çağırışçı atasını həbs edib. Bu hadisənin rayonda böyük ajiotaj yaratdığını bildirən mənbəmiz onu da vurğuladı ki, hazırda hadisədən xəbər tutan tərtərlilər hərbi komissarlığın qarşısına doğru axışmaqdadırlar. Hadisə ilə bağlı əlavə məlumatları diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin… Geri qayıt |