Əsas Səhifə > Hadisə > "SƏDƏRƏK" TM-NİN YAXINLIĞINDA ÖLÜM HADİSƏSİ

"SƏDƏRƏK" TM-NİN YAXINLIĞINDA ÖLÜM HADİSƏSİ


31-01-2013, 10:30
"SƏDƏRƏK" TM-NİN YAXINLIĞINDA ÖLÜM HADİSƏSİ
MERCEDES METAL ÇƏPƏRƏ ÇIRPILIB

Bakının Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzinin yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Qaradağ rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bu gecə saat 1:30 radələrində "Mercedes-190" markalı, 10-SU-844 qeydiyyat nömrə nişanlı avtomobil "Sədərək" ticarət mərkəzinin yaxınlığındakı metal çəpərə çırpılıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü 1978-ci il təvəllüdlü Məmmədov İslam Rza oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb.

Geri qayıt