Əsas Səhifə > Ölkə, Manşet > İMİŞLİ İCRA HAKİMİYYƏTİ ADINDAN TƏXRİBAT

İMİŞLİ İCRA HAKİMİYYƏTİ ADINDAN TƏXRİBAT


31-01-2013, 14:19
İMİŞLİ İCRA HAKİMİYYƏTİ ADINDAN TƏXRİBAT
REDAKSİYAMIZI HƏDƏLƏYƏN ŞƏXSİ POLİS AXTARACAQ

DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, DİA.AZ-a özünü İmişli rayon icra hakimiyyətinin nümayəndəsi kimi təqdim edən şəxs telefon açaraq redaksiyamızın əməkdaşlarını təhdid edib. Bildirək ki, məlum hədələyici telefon zəngi 29 yanvar tarixində saat 17:31 radələrində edilmişdi.

Onu da bildirək ki, məlum hədələyici zənglə bağlı müvafiq dövlət qurumlarına müraciət etmək istəyirdik. Amma artıq bu məsələnin araşdırılması ilə bağlı birbaşa olaraq İimişli rayon icra hakimiyyətinin özü maraqlı tərəfə çevrilib. Bu barədə redaksiyamıza zəng edən İmişli rayon icra hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri Elnur Tağıyev bildirdi ki, artıq rayon icra hakimiyyəti bu zəngi edən şəxsin kimliyini araşdırmaqla məşğuldur:

«Biz özümüz maraqlıyıq ki, həmin şəxs aşkarlansın. Çünki burada sui-istifadə halı var və kimsə rayon icra hakimiyyəti adından mətbuatla bu tonda danışa bilməz. Artıq birbaşa olaraq icra başçısının göstərişi ilə həm nömrənin aid olduğu «Aztelekom» rəhbərliyinə və həm də hüquq-mühafizə orqanlarına rəsmi müraciət hazırlayırıq».

Onu da qeyd edək ki, artıq işin rəsmi araşdırmada olduğunu nəzərə alaraq telefon nömrəsini açıqlamırıq.

Geri qayıt