Əsas Səhifə > Ölkə, Manşet > QƏZET REDAKSİYASI NAZİRLƏ MƏHKƏMƏDƏ ÜZ-ÜZƏ
QƏZET REDAKSİYASI NAZİRLƏ MƏHKƏMƏDƏ ÜZ-ÜZƏ1-02-2013, 14:45 |
ŞİRİN CƏFƏRİ: “MƏHKƏMƏYƏ İNANIRAM” DİA.AZ: - Artıq iki ilə yaxındır ki, ölkənin populyar qəzetlərindən olan «Gündəm Xəbər» qəzeti ilə vergilər nazirliyi arasında məhkəmə çəkişməsi gedir. Xatırladaq ki, «Gündəm Xəbər» qəzetinə qarşı Fazil Məmmədovun rəhbərlik etdiyi nazirlik tərəfindən ədalətsiz olaraq 133 min 514 manat 69 qəpik həcmində vergidən yayınma ittihamı irəli sürülüb və eyni zamanda qəzetin təsisçisi Şirin Cəfəriyə qarşı cinayət məcəlləsinin iki maddəsi ilə iş qaldırılıb. Bununla bağlı DİA.AZ-a açıqlama verən Şirin Cəfəri bildirdi ki, hal-hazırda onların Vergilər Nazirliyinə qarşı iddiaları əsasında 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində istintaq araşdırması gedir. İş hakim Elçin Məmmədovun icraatındadır. Qəzetin təsisçisi bildirdi ki, ittiham sırf siyasi sifariş əsasında hazırlanıb: «Bu siyasi sifarişin arxasında dayanan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kurasiyasında olan PA-nın şöbə müdiri Əli Həsənovdur». Bu gün saat 15.30-da məhkəmə iclasının keçiriləcəyini bildirən Şirin Cəfəri vurğuladı ki, o, məhkəmənin ədalətli qərar çıxaracağına inanır: «Hər kəs gördü ki, Ramiz Mehdiyev hansı cinayətlərə gedib. İndii belə bir adamın sifarişi əsasında Vergilər Nazirliyinin azad sözü boğmasına Azərbaycan məhkəməsi heç bir halda bəraət qazandıra bilməz. Ona görə də bu gün-sabah məhkəmədən xeyriimizə qərar çıxacağına inanıram». Geri qayıt |