Əsas Səhifə > Hadisə > ERMƏNİ PARADINDA RUSLAR

ERMƏNİ PARADINDA RUSLAR


21-09-2011, 16:03
ERMƏNİ PARADINDA RUSLAR

QARDAŞ OLUB RUSİYA, HAYASTAN

Bu gün Ermənistanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə bu ölkə paytaxtında silahlı qüvvələrin hərbi paradı keçirilib.

APA-nın Ermənistan kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, paradda Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbi qulluqçuları da iştirak edib. Paradı açan Ermənistanın müdafiə naziri Seyran Ohanyan rus əsgərlərini rus dilində salamlayıb.

Paradda təxminən 4 min hərbçi iştirak edib və 300 ədəddən çox hərbi texnika nümayiş olunub. Hərbi texnika ilə bərabər paradda “Toçka-U” taktiki raket kompleksi, “Smerç” atəş sistemləri, “Elbrus” 9K72 operativ-taktiki raket kompleksi, C-300 zenit-raket kompleksi, ağır artilleriya qurğuları, tank əleyhinə raket sistemləri, hava hücumundan müdafiə sistemləri, eləcə də Ermənistanın öz istehsalı olan “Krunk” (Durna) pilotsuz uçuş aparatı da nümayiş etdirilib.

Geri qayıt