Əsas Səhifə > Hadisə > HƏRBİ TƏLİM ZAMANI TANKIMIZ AŞDI

HƏRBİ TƏLİM ZAMANI TANKIMIZ AŞDI


18-02-2013, 10:51
HƏRBİ TƏLİM ZAMANI TANKIMIZ AŞDI
DAHA BİR ƏSGƏRİMİZİ İTİRDİK

Azərbaycanda hərbi təlim zamanı ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə fevralın 15-də Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb. Hərbi təlim zamanı müddətdən artıq xidmət edən hərbi qulluqçu Müşfiq Qəzənfər oğlu Bəylərovun idarə etdiyi tank xəndəyə düşərək aşıb. M. Bəylərov tankdan çıxmaq istəyərkən texnikanın altında qalaraq ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin qəza nəticəsində dünyasını dəyişməsi faktını təsdiqləyib.

Geri qayıt