Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT İÇİNDƏ MİLLƏTÇİ QANAD FƏALLAŞIR

HAKİMİYYƏT İÇİNDƏ MİLLƏTÇİ QANAD FƏALLAŞIR


18-02-2013, 11:09
HAKİMİYYƏT İÇİNDƏ MİLLƏTÇİ QANAD FƏALLAŞIR
SON DÖVRLƏRİN OLAYLARINDA MİLLİ QÜVVƏLƏR CİDDİ DÖNÜŞ EDƏ BİLİB

DİA.AZ: - Hakimiyyət daxilində nə baş verir? Hər halda, son günlərin və həm də son ayların olaylarına nəzər saldıqda ortaya çox ciddi məqamlar çıxmış olur. Söhbət dünənə qədər küncxə sıxılmış kimi görünən və iqtidar düşərgəsində sayları və mövqeləri kifayət qədər olan millətçi qüvvələrdən gedir. Hər halda, belə bir qüvvənin varlığına dəfələrlə şahidlik etmişik. Sadəcə olaraq, bu qüvvələrin aparıcı mövqeyə keçid edə bilmələləri onların zəif təzahürləri ilə müşaiyət olunmaqdadır.

Keçmiş deputat Gülər Əhmədova həbs olunmamışdan bir gün əvvəl Bakı Metropoliteninin rəisi Tağı Əhmədova ilə bir polemika yaşamalı oldu. Onun sonuncu polemikasında çox ciddi etirafda bulunması, eyni zamanda çox ciddi ittihamlar səsləndirməsi də nəzərlərdən yayınmadı. Söhbət Gülər Əhmədovanın erməni kimliyindən gedir.

Dünənə qədər ermənilərlə hər hansı qohumluq əlaqələrini israrla inkar edən, amma son açıqlamasında dolayı etirafda bulunan Gülər Əhmədova əslində bir çox mətləblərin üstünə getmiş oldu. O, müqaiyə apararaq Bakıda 20 Yanvar qırğınlarını törədənlərə qohum olmağın daha betər bir hal olduğunu diqqətlərə çatdırdı. Yəni demək istədi ki, mən erməni qarışığında olsam da, daha təhlükəli olanlar, yəni ruslarla qohum olanlar bu gün daha üstün mövqedə, vəzifə başındadırlar.

Əslində nə Tağı Əhmədov, nə də Gülər Əhmədova heç bir yeniliyi etmirdilər. Onlara qədər də iqtidar daxilində, parlamentdə yetərincə erməni qohumluğu olan şəxslərin yer aldığı aşkar şəkildə söylənilirdi. Hətta bu barədə sərt açıqlamaları ilə diqqətə gələn Anna Vətən Partiyasının sədri Fəzail Ağamalı mətbuata verdiyi açıqlamalarının birində konkret siyahı açıqlayacağını da vəd etmişdi.

Bəli, bu bir faktdır ki, bu gün zaman-zaman hakimiyyətin ayrı-ayrı qollarına qədər inkişaf edən qanı qarışıq bir şəbəkə mövcuddur və həmin şəbəkə heç bir halda Azərbaycanın milli dövlətçilik maraqlarının peşində olmayıblar. Daha çox özlərinin korporativ maraqlarından çıxış edən həmin qüvvələr eyni zamanda Azərbaycanın milli maraqlarını baltalayan, Azərbaycan xalqının mənafelərinə zidd olan gedişləri ilə də diqqətə gəliblər.

Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, amma son günlər həmin şəbəkə kifayət qədər ciddi itkilərə uğrayıb və onların iqtidar düşərgəsindən toplu halda çıxdaş edilməsi gölənilir: «Bu məsələdə hakimiyyətin Naxçıvan klanının müstəsna rolu var. Həmin qüvvələr daha çox milli dəyərlərə söykəndiklərindən onlar məhz qanı qarışıq olan məmur korpusunun zərərsizləşdirilməsi yönündə iş görürlər».

Mənbəmiz onu da bildirdi ki, yaxın günlərdə gözlənilən kadr islahatları zamanı nəzərə alınacaq dəyərlərdən biri də məhz safqanlılıq faktorudur…

Geri qayıt