Əsas Səhifə > Ölkə, Manşet > «MƏN BU ADAMLARIN OYUNLARINA GETMƏYƏCƏM»

«MƏN BU ADAMLARIN OYUNLARINA GETMƏYƏCƏM»


19-02-2013, 14:29
«MƏN BU ADAMLARIN OYUNLARINA GETMƏYƏCƏM»
KEÇMİŞ NAZİR MƏSƏLƏYƏ NÖQTƏ QOYDU

DİA.AZ: - Dünən bir sıra xəbər portallarında keçmiş daxili işlər naziri İsgəndər Həmidovun tanınmış aktyor Rasim Balayevlə bağlı açıqlamaları və bu açıqlamalara verilən reaksiyalarla bağlı müəyyən məlumatlar yerləşdirildi. Bu gün yenidən bu mövzu ilə əlaqədar keçmiş nazir redaksiyamıza açıqlama verib.

DİA.AZ-a danışan İsgəndər Həmidov bildirdi ki, bu gün kimlərsə sifarişlə onun adını bu şəkildə hallandırmaqda maraqlıdırlar: «Burada aşkar surətdə sifariş ruhu hiss olunur. Odur ki, mən portalınız vasitəsilə hər kəsə bildirirəm ki, bu kimi məsələlərə ümumiyyətlə, reaksiya verməyəcəm. O ki qaldı Rasim Balayevin kimliyinə - mənim bu adama hörmətim var və o, Azərbay\an xalqının dəyərli sənət adamıdır».

Daha sonra İsgəndər Həmidov maraqlı açıqlamalar da verdi. Keçmiş nazirin sözlərinə görə, müəyyən dairələr ona qarşı qərəzli olduqlarını gizlədə bilmirlər: «Mətbuatda mənim hansı fikrimin qabardılmasından da bu aşkar surətdə duyulur. Odur ki, mən bu adamların oyununa getməyəcəm».

Geri qayıt