Əsas Səhifə > Ölkə, Manşet > AĞCABƏDİNİN İCRA BAŞÇISININ BÖYÜMƏK ARZUSU
AĞCABƏDİNİN İCRA BAŞÇISININ BÖYÜMƏK ARZUSU25-02-2013, 15:55 |
ŞAHİN MƏMMƏDOV HANSI VƏZİFƏNİ İSTƏYİR? DİA.AZ: - Xeyli müddətdir ki, Ağcabədi rayonunda yerli əhalinin sosial problemlər ucundan üsyan həddinə çatdırılması barədə mətbuatda xeyli sayda informasiyalar yayılsa da, özünü kifayət qədər arxayın hiss edən Ağcabədi rayonunun icra başçısı Şahin Məmmədovun bütün bu yazılanlara hansısa formada reaksiyasının alınması KİV-lər üçün imkansız olub. İndi isə görüntüdə olan arxayınçılığın əsl nədənləri ilə bağlı DİA.AZ-a olduqca ilginc məlumatlar ötürülüb. Bilcili qaynaqlardan DİA.AZ-a verilən xəbərlərdən belə aydın olur ki, əslində Şahin Məmmədovun özünü əmin hiss etməsi onun birbaşa olaraq hakimiyyətin populyar isimlərindən biri tərəfindən dəstəklənməsi faktı ilə əlaqədardır. Mənbəmiz iddia edir ki, məhz bu səbəbdən seyid cəddinə arxayın olan kimi davranan Şahin Məmmədov hətta daha böyük mənsəblərə irəli çəkiləcəyinə belə ümidlidir. Mənbənin söylədikləri: «Şahin Məmmədov kifayət qədər ciddi dayaqlara malik olduğundan hətta onun Prezident Administrasiyasına yüksək posta gətirilmə ehtimallarından da danışılır. Hakimiyyət dəhlizlərində gəzən söhbətlərə görə, Ağcabədinin icra başçısı hətta bir ara PA-nın şöbə müdiri Əli Həsənovun yerinə də göz dikibmiş və indinin özündə də belə bir ambisiyasından vaz keçməyib». Geri qayıt |