Əsas Səhifə > Ölkə > RÜŞVƏTƏ GÖRƏ KOMANDİR MÜHAKİMƏ OLUNDU
RÜŞVƏTƏ GÖRƏ KOMANDİR MÜHAKİMƏ OLUNDU26-11-2011, 17:06 |
RAMİL EYVAZOV 8 İL İŞ ALDI Azərbaycan Ordusunun rüşvətxorluqda təqsirləndirilən zabitinə hökm oxunub. Bu barədə APA-ya Tərtər Hərbi Məhkəməsindən bildirilib. Məlumata görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin qərargah bölüyünün komandiri, kapitan Ramil Eyvazov Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə), 311.3.4-cü (rüşvət alma – hədə qorxu tətbiq olunmaqla törədildikdə) və 331.2-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və işgəncə vermə) maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Birinci instansiya məhkəməsinin çıxardığı hökmlə razılaşmayan hərbçi apellyasiya şikayəti verib. R. Eyvazovun apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılacaq. Geri qayıt |