Əsas Səhifə > Ölkə, Manşet > «TEXNİKABANK»IN SABİQ ŞEFİ NƏYƏ MƏCBUR OLDU?

«TEXNİKABANK»IN SABİQ ŞEFİ NƏYƏ MƏCBUR OLDU?


28-02-2013, 13:46
«TEXNİKABANK»IN SABİQ ŞEFİ NƏYƏ MƏCBUR OLDU?

ETİBAR ƏLİYEV PAYINDAN İMTİNA EDİB

DİA.AZ: - Təxminən bir il əvvəl həbs olunan və bir neçə aydan sonra azadlığa buraxılan «TexnikaBank»ın (indi Bank Technicue) Müşahidə Şurasının səbiq sədri Etibar Əliyevlə bağlı redaksiyamıza məlumat daxil olub. Xatırladaq ki, sözügedən bankda 15 faizlik paya malik olan Etibar Əliyev azadlığa çıxdıqdan sonra yenidən banka qaıda biləcəyi ilə bağlı ehtimallardan danışmışdı. Lakin sonradan məlum oldu ki, adını və sahibini dəyişən banka keçmiş məhbusun yolları çoxdan bağlanıb.

DİA.AZ-ın əldə etdiyi son informasiyalardan isə bəlli olur ki, ümumiyyətlə, Etibar Əliyevi «TexnikaBank»a bağlayan bütün «körpülər yandırılmaqdadır». Mənbənin söylədikləri: «Keçmiş bankir bu günlərdə məcburi qaydada özünə məxsus payı çox aşağı qiymətə satıb. Və ona gülməli həcmdə pul ödəyiblər».

Yəni bununla da Etibar Əliyevin «TexnikaBank» üzərindəki hüquqları tamamən aradan qalxmış olub.

Geri qayıt