Əsas Səhifə > Ölkə, Manşet > XAÇMAZIN BAŞÇISI ÜSYANDAN BELƏ SIĞORTALANIR

XAÇMAZIN BAŞÇISI ÜSYANDAN BELƏ SIĞORTALANIR


9-03-2013, 11:10
XAÇMAZIN BAŞÇISI ÜSYANDAN BELƏ SIĞORTALANIR
ŞƏMSƏDDİN XANBABAYEVİN “TƏCİLİ SATILIR” ADDIMININ SİRRİ ÇÖZÜLÜR

DİA.AZ: - Xaçmaz rayon icra başçısı Şəmsəddin Xanbabayevin obyektlərini satışa çıxardığına dair məlumat yayılmışıdı. aznews.az-ın yaydığı məlumatda deyilirdi ki, artıq Xudat, Nabran və Xaçmaz yollarının üzərindəki və icra başçısına məxsus olan obyektlərin satışa çıxarılması onun işdən çıxacağı ilə bağlıdır.

DİA.AZ bildirir ki, bu barədə məlumat yayan TİA.AZ-ın bilgilərinə görə, Xaçmazda vəziyyət artıq çox pisləşib. Sosial-iqtisadi problemlər içində boğulan rayonun sakinləri etiraz aksiyası keçirməyə hazırlaşır. Bunun üçün yetərli qədər səbəblərin olmasına rəğmən, əsas səbəbin də üzə çıxdığına dair iddialar var. Gələn xəbərlərdə vurğulanır ki, Şəmsəddin Xanbabayevin obyektlərini satışa çıxarması bu yaxınlarda keçirdiyi müşavirədə buraxdığı səhvlərlə bağlı olub. Rayon sakinlərinin iddiasına görə, icra başçısı həmin müşavirədə qəfil bir neçə xoşagəlməz ifadələr işlədib. Halbuki onun belə bir sözü dilinə gətirməsi kimsəyə inandırıcı gəlmir. Amma deyilənlərə görə, bu sözlərin deyildiyi kadrlar qeydə alınıb və yaxın vaxtlarda sosial şəbəkələr vasitəsi ilə yayımlanacaq. Deyilənlərə görə, əgər belə bir şey olarsa, Xaçmazda vəziyyət gərginləşərək, etiraz aksiyalarına çevriləcək.

Qeyd edək ki, analoji proses Qubada da baş vermişdi. Ötən ilin martında icra başçısının çıxışında işlətdiyi ifadələrdən dolayı rayon sakinləri ayağa qalxaraq, onun evini və obyektlərini yandırmışdılar.

Geri qayıt